Müsavat Partiyasının Dördüncü pres-relizi
Press reliz -4
Ölkə üzrə bir çox seçki məntəqələrində səsvermə yekunlaşsa da məntəqə seçki komissiyaları səsləri saymadan qeyri-müəyyən vaxta qədər fasilə elan edib məntəqələri tərk edir.
***
Bu barədə 8 saylı Binəqədi biinci seçki dairəsinin 36, 34, 22, saylı seçki məntəqələrində olan müşahidəçilərimiz xəbər verir.
•••
17 saylı Yasamal üçüncü seçki dairəsinin 15 saylı məntəqəsində komisdiya üzvləri yalnız Müsavat Partiyasının namizədi Nüşabə Sadıxlının səslərini saydıqdan sonra səssaymanı dayandıraraq, digər səslərin sabah sayılacağını bəyan edib.
***
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı məntəqəsində seçici imzaları sayıldıqdan sonra müşahidəçilərə səssaymaya başlamayacaqlarını bildirən komissiya üzvləri dairədən tapşırıq gözlədiklərini bildirib.
***
Bakı şəhəri üzrə əksər seçki məntəqələrində seçki komissiyaları səsvermə yekunlaşdıqdan sonra səssayma prosesini başlamadan fasilə elan etməklə müşahidəçiləri məntəqələrdən kənarlaşdırmağa çalışır.
Basta2