Müsavat seçkinin nəticələrinin ləğvini tələb edir – mətbuat konfransı
Sentyabrın 10-da Müsavat Partiyasının Seçki Qərargahı mətbuat konfransı keçirilib.
Qərargahın rəhbəri Arif Hacılı sentyabrın 1-də Azərbaycanda baş tutan növbədənkənar seçkilərin demokratik keçməsi üçün əvvəlcədən şəraitin olmaması və səsvermə günü müşahidə olunan kütləvi saxtakarlıqlardan danışıb.
“Müsavat Partiyası hesab edir ki, Milli Məclis legitim deyil və yenidən formalaşdırılmalıdır” – deyə, Arif Hacılı təmsil etdiyi qurumun mövqeyini ifadə edib.
Tədbirdə seçki qərargahının üzvləri Gülağa Aslanlı, Mustafa Hacılı, Razim Əmiraslanlı və partiyanın deputatlığa bir neçə namizədi çıxış ediblər.
Daha sonra Arif Hacılı jurnalistlərin suallarına cavab verib.
Basta