Mİ6-nın rəisi Bakıda
Böyük Britaniyanın MI 6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur sentyabrın 14-də Bakıya gəlib və ADA Universitetində mühazirə oxuyub. Bu barədə universitet rəhbərliyinin sosial şəbəkədəki nəşrindən məlum olub.
Belə mühüm hadisə ilə bağlı başqa məlumat hələ daxil olmayıb. Nə Azərbaycan hakimiyyəti, nə də Böyük Britaniyanın Bakıdakı səfirliyi heç bir məlumat vermir.
Riçard Murun səfərinin məqsədinin universitetdə mühazirə oxumaq olmadığı şübhəsizdir.
Çox güman ki, o, beynəlxalq və regional məsələlərlə bağlı ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq. Onun Qərbin nüfuzlu dairələrindən və hökumətindən müəyyən mesajlar verməsi də ıstısna deyıl. Çox guman kı, söhbət Rusiya və İranla münasibətlərdən, Ukraynadakı müharibədən gedəcək.
Riçard Murun Bakıya gözlənilməz səfəri onun Londonda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə görüşündən bir həftə sonra baş verib. Eyni zamanda Mur və Bernsin imzası ilə “Financial Times” qəzetində çıxan beynəlxalq nizama təhlükə barədə məqalə dərc olunub.
Həmin məqalədə Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri deyirlər: “Dünya nizamı bəşəriyyətin soyuq müharibədən bəri görmədiyi təhlükə ilə üz üzədir”.
Hər iki kəşfiyyatçının sözlərinə görə, London və Vaşinqton “Rusiyanın aqressiv hərəkatlarına və Putinin Ukraynadakı işğalçı
müharibəsinə müqavimət göstərmək üçün” vahid cəbhə yaratmaq üçün fəal əməkdaşlıq edirlər.
Turan