Bir gündə iki hərbçi həlak olub
Azərbaycan ordusunun hərbçisi həlak olub.
Məlumata görə, hadisələrdən biri odlu silahdan açılmış atəş nəticəsində baş verib.
Məsələ ilə bağlı Oxu.Az Hərbi Prokurorluğa sorğu ünvanlayıb.
Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevbildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Musa Səhliyar oğlu Bayramovun odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Sentyabrın 22-də həmçinin Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.