Uqledar yaxınlığında Rusiyanın 100-dən çox texnikası məhv edildi

Rusiya Uqledar yaxınlığında 100-dən çox texnikasını, o cümlədən 36 tankını itirib.

Bu barədə məlumat yayan “Oriks” tədqiqat qrupu cəbhə xəttindən müvafiq videonu təqdim edib. Qeyd edilir ki, son iki həftə ərzində Rusiya Ukraynada  böyük itkilərə məruz qalır, hər gün təxminən 800 əsgərini itirir.

Britaniya kəşfiyyatı belə nəticəyə gəlib ki, Uqledar uğrunda döyüşlərdə Rusiyanın 155-ci Dəniz Briqadası məhv edilib. Bu barədə Amerikanın Politico jurnalı Ukrayna Silahlı Qüvvələrindəki mənbəyə istinadən yazıb.

Basta