Deputatlar Amerikaya qarşı addımlar tələb edir
Milli Məclisin 43 deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ-la münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərin denonsasiyası çağırışı ilə çıxış edib.
60 yaxın konqresmen və senatorun dövlət katibi Antoni Blinkenə Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran müraciəti deputatlddətləndirib.
«Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar», .- deputatlar qeyd edi
“Azərbaycana qarşı insan haqları və beynəlxalq humanitar hüquq sahəsində iddialar irəli sürən müraciət müəlliflərinə xatırlatmaq istərdik ki, ABŞ-ın İraq, Əfqanıstan və dünyanın digər regionlarında apardığı müharibələr zamanı milyonlarla dinc sakinlər həlak olub. Bir çox insan işgəncələrə məruz qaldı və məhkəməsiz cəzalandırıldı.
İnsan haqlarından danışan ABŞ ən mühüm insan haqları konvensiyalarına qoşulmayıb. Məhz ABŞ uzun illərdir ki, BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisini Quantanamo həbsxanasına buraxmayıb”, – daha sonra MM üzvləri vurğulayır.
Onların fikrincə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa ilə birlikdə “Azərbaycan torpaqlarının işğal altında qalmasını təmin etməyə çalışırdı”.
“Ermənistanın suverenliyi və ərazi bütövlüyündən daim danışan konqresmenlər heç vaxt Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətdən danışmayıblar”, daha sonra müraciətdə deyilir.
Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün deputatlar nazirdən aşağıdakı addımları həyata keçirməyi xahiş edir:
Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;
ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması.
Turan