Səfərbərlik və Çağırış xidmətinin rəsmisi: “Təşviş üçün əsas yoxdur”

Azərbaycanın bir hərbçisi həlak olub, ehtiyatda olan hərbçilər xüsusi toplanışa çağrılırlar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Səfərbərlik və Çağırış xidmətinin rəsmisi: “Təşviş üçün əsas yoxdur”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Füzuli İsmayılovun sözlərinə görə, hazırda “ehtiyatda olan hərbçilərin “hərbi təlim toplanışları həyata keçirilir.”

“Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışına çağırılması təşviş üçün heç bir əsas vermir,” – Füzuli İsmayılov vurğulayıb.

Onun sözlərinə görə, ölkənin hərbi vəzifə və hərbi xidmət haqqında qanununa uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlimə çağırılırlar.

“Ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib”, – dövlət xidmətinin rəsmisi qeyd edib.

Onun sözlərinə görə, hazırda ehtiyatda olan hərbçilərin hərbi təlim toplanışları “plan üzrə həyata keçirilir.”

“Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb. Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, heç bir təşvişə əsas yoxdur”, – Füzuli İsmayılov bildirib.

BBC