Moldovada keçirilən səsvermənin ilkin nəticələri
Moldovada bazar günü keçirilən referendumda səslərin sayılması başa çatıb.
IPN xəbər verir ki, “Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına səsvermə iştirakçılarının 50,46%-i müsbət cavab verib.
***
Moldova Mərkəzi Seçki Komissiyası (MSK) Avropa İttifaqına daxil olmaqla bağlı Konstitusiya referendumunun protokollarının 99,05 faizini işləyib.
Referendum protokollarının ümumi səs sayından 99,5 faizi işləndikdən sonra müəyyən olunub ki, seçicilərin 50,4 faizi respublika Konstitusiya referendumunda “lehinə”, 49,6 faizi isə “əleyhinə” səs verib.
***
Moldovada bazar günü keçirilən səsvermənin nəticələrinin sayılması davam edir. Səslərin 97,61 faizi sayıldıqdan sonra açıqlanan rəsmi nəticələrə görə, prezident Maya Sandu 41,86 faiz səslə öndədir – 2-ci tur olacaq.
Eyni gündə keçirilən referendumda səslərin 97,66 faizi sayıldıqdan sonra MSK-nın açıqladığı nəticələrə görə, Moldovanın Avropa Birliyinə qoşulmasının tərəfdarları cüzi fərqlə öndədirlər.
***
Bazar günü Moldovada keçirilən səsvermənin ilkin nəticələrinə görə, prezident Maya Sandu öndədir, lakin seçkilərin ikinci turu olacaq.
Mərkəzi Seçki Komissiyası protokolların 95%-ni emal etdikdən sonra hazırkı prezident Sandu 39,87%, keçmiş baş prokuror Stoyanoqlo isə 27,58% səs toplayıb.
Prezident seçkiləri ilə eyni vaxtda seçicilərdən Moldovanın Aİ-yə daxil olması ilə bağlı suala cavab vermələri xahiş olunub.
Protokolların 95 faizi sayıldıqdan sonra açıqlanan məlumata görə, seçicilərin 48,12 faizi Aİ-yə daxil olmaq siyasətinə “Hə” deyib. Paytaxt Kişinyovda və xaricdə qurulan bəzi məntəqələrdə səslərin sayılması yubanıb. Buna istinad edən müşahidəçilər referendumun nəticələrinin dəyişə biləcəyini ehtimal edirlər.