Müsavat Divanının gündəliyi
Noyabrın 25-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub.
Məclisin seçki komissiyası və Analitik Mərkəz tərəfindən keçirilən toplantılar haqda məlumat dinlənilib.
Azərbaycanlı diplomatın Türkiyədə 70 kiloqram qızıl ilə saxlanmasının cəmiyyətdə hiddət doğurduğu bildirilib. Qeyd olunub ki, Azərbaycanın hüquq-mühafizə orqanları heç bir əsas olmadan müxalif jurnalistləri və ictimai fəalları qaçaqmalçılıqda ittiham etdiyi bir dönəmdə həqiqi qaçaqmalçılar fəaliyyətlərini davam etdirir. Müxtəlif dönəmlərdə Azərbaycan Xalq Cümhuriyyətinin və Elçibəy hakimiyyətinin ayrı-ayrı üzvlərinə qarşı guyavonların ölkə sərvətlərini xaricə daşıması ilə bağlı ittihamlar təsdiqini tapmayıb. Lakin artıq neçənci dəfədir ki, mövcud iqtidarda təmsil olunan şəxs ölkədən kənarda külli miqdarda vəsaitlə saxlanılır.
Daha sonra iclasda Ukraynada və Gürcüstanda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.