Avropa Parlamentinin üzvü Müsavata məktub yazdı
Almaniya Bundestaqının və Avropa Parlamentinin üzvü, ALDE-nin yeni seçilən prezidenti Svenja Hahn Müsavat Məclisinin sədri Arif Hacılıya məktub göndərib.
Partiyadan verilən məlumata görə, ALDE prezidenti yeni vəzifəsində görəcəyi işlər, planları barədə məlumat verməklə yanaşı, Müsavat Partiyasının demokratiya və azadlıqlar uğrunda mübarizədə bundan sonra da dəyərli tərəfdaş olacağına inamını bildirib.