İlham Əliyev Rusiya qarşısında üç tələb irəli sürüb
İlham Əliyev: “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğramasında Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir”
Bu haqda AzTV məlumat yayıb.
Aktauda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan hakimiyyəti Rusiyaya üç tələb irəli sürüb. Bu barədə dövlət başçısı İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tələblər dekabrın 27-də Rusiya tərəfinə rəsmi şəkildə çatdırılıb. “Onlar nə idi? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, cinayət etiraf olunmalı. Üçüncüsü, günahkarlar cəzalandırılmalı, məsuliyyətə cəlb edilməli, Azərbaycan dövlətinə, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Bunlar bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən qəbul olunub. Ümid edirəm ki, digər şərtlərimiz də qəbul olunacaq”, – deyə ölkə başçısı bildirib.
Bundan sonra Rusiya prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Respublikasının dövlət başçısına iki dəfə zəng edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.