“Yelo Bank”ın filial müdirinin barəsində cinayət işi açıldı

“Yelo Bank”ın “Elmlər” filialının rəhbəri Mirzəzadə Vüqar Rəhman oğlunun barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb. Bu haqda vəkil Aqil Layıc bildirib. Buna səbəb Vüqar Mirzəzadənin bankın binasında müştərini döyərək onun çənəsini sındirmasıdır. 

“Basta” əməkdaşı iş üzrə zərərçəkən şəxs ilə əlaqə saxlayıb. O, məruz qaldığı hücum ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. 

“Anamın səhhətində ciddi problemlər olduğu üçün, mənim adımın ictimailəşməsini istəmirəm. Çünki anam mənim xəsarət aldığımı bilsə, stress keçirəcək. Amma hüququmun müdafiəsi, mənə xəsarət yetirən şəxsin cəzalanması üçün mübarizə aparacam” – deyə, zərərçəkən bildirib. 

Cənəsindəki ağrılardan əziyyət çəkdiyini bildirən müsahibimiz ötən gün Yasamal Prokurorluğuna getdiyini, prokurorun köməkçisi Ayaz Həbibbəyliyə izahat verdiyini qeyd edib.

Onun sözlərinə görə çənəsində sınığın olduğunu həm rentgen, həm də KT müayinəsi təsdiq edib: “Sınıq sümüyün iki yerindən baş verib. Xəsarət “Yerdəyişən sınıq” olaraq təsbit edilib.  Prokurora bütün sənədləri və Komputer Tamografiya/Rentgen nəticələrini göstərdim. Ayaz müəllim hal hazırda ekpertiza cavabını gözlədiyimizi mənə söylədi”.

Basta