Rusiyada hamilə məktəbli qızlara müavinət ödəniləcək
Rusiyada məktəbli qızların uşaq dünyaya gətirməsi adi hala çevrilib.
İndi Oryol vilayətində hamilə məktəbli qızlar 100 min rubl almağa başlayacaqlar. Əvvəllər ali məktəblərin və texnikumların qız tələbələrinə pul verilirdisə, indi onlar “ümumi təhsil müəssisələrinin”, yəni məktəblərin qız şagirdlərinə də dəstək vermək qərarına gəliblər. Bu isə dolayısı ilə yetkinlik yaşına çatmayanlarla cinsi əlaqənin leqallaşdırılması deməkdir.
D.Əhmədli