Müsavatçılar Zaqatalada müşavirə keçirdi

Zaqatalada Müsavat Partiyası rayon təşkilatlarının zona müşavirəsi keçirilib. Bölgə üzrə Divanın kuratoru Mustafa Hacılının aparıcılığı ilə keçirilən iclasda Şəkı, Oğuz, Qax, Zaqatala, Balakən rayon təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə Müsavat Məclisinin sədri Arif Hacılı ölkədəki ictimai siyasi vəziyyət və müsavatçıların qarşısında duran vəzifələrlə bağlı çıxış edib.

İclasda Tahir Səfərli, Qəhraman Qabulov, Bədrəddin Varşayev, Rizvan Ağayev, Saleh Soltanov , Bakıxan Qəribli və digərləri çıxış ediblər.