Həbsdəki jurnalist Nurlan Libre aclığa başladı

 

Siyasi motivlərlə həbs edilən jurnalist Nurlan Libre Media Azadlığı günündə aclıq aksiyasına başlayıb. O,   33 gündür həbsxanada aclığını davam etdirən Tofiq Yaqubluya dəstək amacı ilə bu qərara gəldiyini açıqlayıb:

“Mən müstəqil jurnalist, “Portağal Media” xəbər kanalının təsisçi direktoru Nurlan Libre (Qəhrəmanlı) 3 may – Ümumdünya Mətbuat Azadlığı Günündə siyasi məzmunlu həbslərə etiraz etmək və Tofiq Yaqubluya həmrəylik məqsədilə aclıq aksiyasına başlayıram və ağzımı iynə ilə tikəcəyəm. Ağız tikmək simvolik aktdır. Bununla mən dövlətə məni özümdən başqa heç kimin susdura bilməyəcəyini bəyan edirəm!”

Keçmiş siyasi məhbus Əfqan Muxtarlının yaydığı məlumata görə, həbsdə olan jurnalist Teymur Kərimov da aclıq aksiyasına başlayır. 

Basta