Bəynəlxalq təşkilatlardan Tofiq Yaqublu çağırışı

Beynəlxalq “Amnesty İnternational” və “Freedom Now” təşkilatları Tofiq Yaqublunun səhhəti ilə bağlı narahatlıq ifadə olunan və onun dərhal azadlığa buraxılmasına çağırış edən açıqlamalar yayıb.

Amnesty International:

“Haqsız yerə həbsdə olan azərbaycanlı müxalifətçi Tofiq Yaqublunun həyatının ciddi risk altında olduğu bildirilir. Vəkilinin sözlərinə görə, davam edən aclıq aksiyası və tibbi yardım göstərilməməsi nəticəsində onun səhhəti kəskin şəkildə pisləşib. Ailəsi qorxur ki, illərlə davam edən təqiblər, əsassız həbslər və pis rəftara məruz qalması onun vəziyyəti tezliklə geridönməz hal ala bilət. Tofiq Yaqublu dərhal və qeyd-şərtsiz azad edilməli və təcili olaraq müvafiq, müstəqil tibbi müalicə almağa imkan verilməlidir”.

Freedom Now:

“Azərbaycanda haqsız yerə həbsdə olan və 39 gündür aclıq aksiyası keçirən Tofiq Yaqubludan dərin narahatıq. Onun vəziyyəti sürətlə pisləşir və səhhəti ciddi təhlükə altındadır. Hakimiyyəti onu azad etməyə çağırırıq”.

Bu çağırışları şərh edən Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı qəyd edib ki, Tofiq Yaqublunun 40 gündür davam edən aclıq aksiyası bütün dünyanın diqqət mərkəzinə gəlməkdədir.

“İndi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirinin dərhal dəyişdirilməsi və onun mülki xəstəxanaya köçürülməsi ölkəmiz üçün ümummilli məsələyə çevrilib. Əks halda bu acı hekayə Azərbaycan tarixinə, ilk növbədə isə indiki hakimiyyətin tarixinə qara ləkə olaraq əbədi damğa vuracaq!” – deyə, Arif Hacılı vurğulayıb.

Basta