Rusiya atəşi dayandırmasa belə, Zelenski Türkiyəyə gedəcək

 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya atəşi dayandırmasa belə mayın 15-də Türkiyəyə gedəcək və rəsmi Moskvanın təklif etdiyi danışıqlara qatılacaq.

Bu haqda ABŞ-ın  Axios xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb. 

Rusiya lideri Vladimir Putin mayın 11-də gecə saatlarında verdiyi açıqlamada mayın 15-də İstanbulda Kiyevlə “birbaşa danışıqlara” hazır olduğunu bildirib, lakin 30 günlük atəşkəsdən söz açmayıb.

Mayın 11-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna mayın 15-də Kreml lideri Vladimir Putinin Türkiyədə təklif etdiyi danışıqlara və 30 günlük atəşkəsə razılaşmalıdır.

Prezident Vladimir Zelenski mayın 11-də axşam saatlarında Rusiyanın mayın 12-dən atəşi dayandıracağını gözlədiyini və mayın 15-də Kreml lideri Vladimir Putini şəxsən Türkiyədə gözləyəcəyini bildirib.