Səfir: Ermənistan Qarabağ erməniləri üçün evakuasiya planı hazırlayır

Vardan Toqanyan: “Ümid edirik ki, vəziyyət bu həddə gəlməz”

.

Ermənistan Dağlıq Qarabağ sakinləri üçün humanitar dəhlizlər məsələsi üzərində işləyir.

Bu açıqlamanı Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Qovorit Moskva” radiosuna deyib.

Səfir deyib ki, bu məsələlər üzərində düşünülür: “Ancaq ümid edirik ki, vəziyyət bu həddə gəlməz. Bütün hallarda həmvətənlər üçün evakuasiya planı və ya bəzi humanitar dəhlizlər, həmçinin uşaqlar və qadınlar üçün zirzəmilərdə sığınacaqlar hazırlanır”.

Diplomat münaqişənin həlli üçün yeganə legitim meydanın ATƏT-nin Minsk Qrupu olduğunu deyib.

.

Meydan TV