Hakerlər Rusiyanın hava limanlarını iflic etdi
“Hörümçək toru – 2”
Rusiyanın “Aeroflot” aviaşirkəti bu gün yüzdən artıq uçuş reysini ləğv edib. Şirkətin kompüterləri heç bir yerdə işləmir və şirkətin İT sisteminə kiberhücum artıq Hörümçək toru əməliyyatı ilə müqayisə edilir. “Aeroflot”un bu gün heç bir uçuşu olmayacaq. Mətbuat təyyarələrə hətta yanacaq doldurmağın mümkün olmadığını yazır.
Kremlin sözçüsü Dmitri Peskov “Aeroflot”a haker hücumu barədə xəbərləri “narahatedici” adlandırıb. Rusiya Federasiyasının Baş Prokurorluğu təsdiqləyib ki, “Aeroflot”un informasiya sisteminin fəaliyyətindəki nasazlığa səbəb haker hücumu olub.
İndi Rusiya hava limanlarına giriş-çıxış mümkün deyil!
“Aeroflot” ləğv edilmiş reyslərin sərnişinlərindən hava limanına gəlməməyi xahiş edir. Artıq Şeremetyevo və Pulkovoda böyük növbələr yaranıb.
Şirkət bildirir ki, “xidmətlər bərpa olunduqdan sonra” pulu qaytarmaq və ya bileti yenidən rəsmiləşdirmək mümkün olacaq.
Dadaş Əhmədli