Yekaterinburqda azərbaycanlıların bazarını sökdülər

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus olan  bazar ləğv edilib. Bu haqda Rusiya mediası yazır.

Rusiya Teleqram kanallarının məlumatına görə, bazarın sökülməsi çox güman ki, rəhbəri federal axtarışa verilmiş Azərbaycan diasporuna Rusiya təhlükəsizlik qüvvələrinin təzyiqi ilə bağlıdır.

Bildirilir ki, azərbaycanlı sahibkarlar Qod Nisanov və Zarax İliyevə məxsus Moskvanın “Sadovod” və “Fod City” bazarları da hücuma məruz qala bilər.

Rusiya ilə Azərbaycan arasında münasibətlər 2024-cü ilin dekabrında Rusiya ərazisində Azərbaycan təyyarəsinin  raketlə vurulmasından sonra pisləşib.

Daha sonra Yekaterinburqda Rusiya huquq-mühafizə orqanlarının iki soydaşımızın işgəncə ilə qətlə yetirilməsilə nəticələnən qəddar əməliyyətından sonra münasibətlər daha da kəskinləşib.