Şahin Şıxlinski Moskvada həbs olundu

“Azərbaycan-Ural” təşkilatının sədri Şahin Şıxlinski Moskvada saxlanılaraq Yekaterinburq İstintaq Komitəsinə aparılıb.

Rusiya mediasında yayılan məlumata görə, Şıxlinski hazırda həbslərin daha əvvəl baş verdiyi cinayət işlərindən biri üzrə istintaq hərəkətlərində iştirak edir.

Bu arada 66.ru saytının mənbəsi iddia edir ki, Şıxlinskiyə qarşı adam öldürmə və dövlət məmuruna qarşı zorakılıq maddələri ilə iki cinayət işi açılıb.

Bundan əvvəl – iyulun sonunda Rusiya Daxili İşlər Nazirliyi Şahin Şıxlinskini axtarışa verib.

Rusiya hüquq-mühafizə orqanları hələ ki, Şıxlinskinin saxlanması ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirməyib.

Son iki ayda Şahin Şıxlinski iki dəfə saxlanılıb. İyunun 27-də o, Azərbaycan diasporunun digər nümayəndələri ilə birlikdə saxlanılsa da, sonradan sərbəst buraxılıb.

İyulun əvvəlində Şıxlinski Yekaterinburqda saxlanılıb, dindirildikdən sonra sərbəst buraxılıb. Onun oğlu isə dövlət məmuruna qarşı zorakılıq etmək ittihamı ilə həbs olunub.