İstilik təchizatı xidməti 40 faiz bahalaşdı
Azərbaycan Tarif Şurası istilik təchizatı xidmətinin qiymətini 40 faizdən çox yüksəldib.
Bununla bağlı qurum iyulun 30-da qərarını açıqlayıb.
Orada “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə” onun ötən il dekabrın 29-da verdiyi qərara dəyişiklik edilir.
Yeni qərarla əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 14,60 manatdan 21 manata qaldırılır.
Sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla müəyyən edilən 0,30 manat 0,45 manata yüksəldilib.
Bu qərar dağ rayonlarında bu il noyabrın 1-dən, digər ərazilərdə isə noyabrın 15-dən tədbiq ediləcək.
Bu ilin əvvəlində habelə qaz və elektrikin də qiymətləri limitlərdən asılı olaraq yüksəldilmişdi.