Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib – Yaralılar var
Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına zərbə endirib, yaralılar var.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBC” Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, avqustun 8-nə keçən gecə Rusiya “Shahed” pilotsuz uçuş aparatları ilə SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına hücum edib.
PUA zərbələri nəticəsində yanğın baş verib və dizel yanacağı nəql edilən boru kəməri zədələnib.
Mənbənin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.