Hacı Vəliyevin həbs müddəti yenə uzadıldı
Fəaliyyətini dayandıran “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin barəsində olan həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Bununla bağlı bu gün, avqustun 18-də Xətai rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə həbs müddətinin daha 20 gün uzadılması barədə qərar verib.
H.Vəliyev bu il aprelin 1-də həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Onun bir neçə dəfə həbs müddəti uzadılıb.
AzadlıqRadiosu