Ukrayna Rusiyanın Xəzərdəki neft buruqlarını vurdu – Video

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, Ukrayna hərbçiləri Xəzər dənizinin akvatoriyasında “Lukoyl” korporasiyasına məxsus üç qazma qurğusunu vurublar.

Söhbət V. Filanovski, Yuri Korçagin və Valeri Qrayfer adlarını daşıyan qurğulardan gedir. Baş Qərargahda bildirilib ki, dəyən ziyanın miqyası dəqiqləşdirilir.