İran Naxçıvanı atəşə tutdu – Azərbaycan cavab verəcək

 

“Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”.

Modern.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının iclası zamanı ölkə başçısı İlham Əliyev bildirib.

İlham Əliyev çıxışında İranın bundan əvvəl də Azərbaycana qarşı terrora rəvac verdiyini deyib və 2023-cü ildə Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücumu xatırladib.

Qeyd edək ki, martın 5-i İran tərəfindən Naxçıvana iki dron hücumu edilib. Dronlardan biri məktəb, digəri isə Naxçıvan hava limanın yaxınlığına düşüb. Hadisə nəticəsində 4 nəfər yaralanıb. İlham Əliyev İranın bu addımını şərəfsizlik və nankorluq adlandırıb.