Vens: “İran şərtlərimizi qəbul etmədi”

ABŞ–İran danışıqları nəticəsiz qaldı
ABŞ-ın vitse-prezidenti J.D. Vance bildirib ki, ABŞ ilə İran arasında İslamabad şəhərində keçirilən danışıqlarda razılıq əldə olunmayıb. Vensin sözlərinə görə, İran ABŞ-ın şərtlərini qəbul etməkdən imtina edib. Xüsusilə, Vaşinqton Tehranın nüvə silahı hazırlamamaqla bağlı “fundamental öhdəlik” götürdüyünü görməyib.

21 saatdan çox davam edən gərgin danışıqlardan sonra ABŞ-ın vitse-prezidenti Pakistandan ayrılıb. Danışıqlar müharibəni dayandıracaq sülh razılaşması ilə nəticələnməyib.