Erməni qoşunları Qarabağdan çıxarıldıqdan sonra danışıqlar aparıla bilər – H.Hacıyev
Münaqişənin həlli üzrə danışıqların başlaması üçün Ermənistan Dağlıq Qarabağ regionundan öz qoşunlarını çıxarmalıdır.
“Ermənistan bu gərginliyə son qoymaq istəyirsə, Qarabağın işğalına son qoymalıdır, bundan sonra danışıqlar aparıla bilər. Top Ermənistan tərəfindədir”, – deyə cümə günü Azərbaycan prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev jurnalistlərə bildirib.
Bununla da o, Ermənistan XİN-in ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə hazır olması barədə bəyanatına cavab verib.
.
Basta