Şəmkirə “Toçka-U” kompleksindən raket atılıb

Oktyabrın 2-də günorta saatlarında Ermənistan tərəfi Azərbaycanın Şəmkir rayonunu atəşə tutmaq üçün “Toçka-U” taktiki raket kompleksindən istifadə edib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raket “Toçka-U” taktiki raket kompleksindən buraxılıb. Bu rayon Dağlıq Qarabağdan təxminən 50 km məsafədə yerləşir. Qeyri-rəsmi məlumatlara görə, yaralananlar var.