Müdafiə Nazirliyi Azərbaycan təyyarələrinin vurulması barədə ermənilərin məlumatını təkzib edir
Müdafiə Nazirliyi Azərbaycana məxsus təyyarələrin və PUA-nın vurulması barədə erməni tərəfinin məlumatını təkzib edib.
“Bu gün erməni tərəfi guya Azərbaycan HHQ-yə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması barədə növbəti dezinformasiyanı yayıb”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
“Bir daha təkrar edirik ki, Azərbaycan HHQ-nin heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbəçi pilotsuz uçan aparatları Ermənistan Silahlı Qüvvələrinin döyüş texnikasını məhv etməkdə davam edir. Bizim PUA-nın döyüş əməliyyatları haqda videoqeydlər mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılır. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yayaraq hərbi əməliyyatlarla bağlı onlarda yaranmış informasiya boşluğunu doldurmağa çalışırlar”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.