Müsavat başqanının müavini könüllü olaraq ön cəbhəyə getdi

Ehtiyatda olan zabit, Müsavat başqanının müavini Fərəc Kərimli könüllü olaraq hərbi xidmətə yollanıb. Bu haqda müsavat başqanı Arif Hacılı məlumat yayıb.

“Artıq ön cəbhədə təcrübəli zabitlərimizdən biri kimi ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak edəcək. Allah Fərəc bəyi, bütün əsgər və zabitlərimizi qorusun. Tezliklə qələbə bayramını sağ-salamat evlərinə dönən balalarımızla birlikdə qeyd etmək nəsibimiz olsun” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

.

Basta

.