Mehman Hüseynovdan Kəmaləddin Heydərovun “Yaşıl sarayı” haqda araşdırma
Mehman Hüseynov araşdırmanı aşağıdakı şərhlə yayımlayıb:
“Hazırsız? Mütləq baxın və paylaşın! Dəhşətə gələcəksiniz! Azərbaycan “acgöz” məmurlarımız tərəfindən işğal olunub! Yeni araşdırma…
İlk dəfə olaraq, nazirin yeni milyonluq villasını sizlərə təqdim edirik. TV-lər qorxur belə videolar göstərməyə! Xalqa məxsus olan pulları, sərvəti kimlər oğurlayır?
“Çörək verən” nazirimiz Kəmaləddin Heydərovun Qəbələ rayonunda “yaşıl saray” adlanan möhtəşəm villası.
Suyun, qazın, işığın qiymətini artırırlar niyə? Vətəndaşlarımızın çoxu acından axşama durur, kimlərinsə 1 tikə çörək almağa belə pulu yoxdu amma bizi idarə edən nazirimiz gündə bir saray tikir…
Heç düşünmüsüz ki, FHN naziri Kəmaləddin bu milyonluq villaları hansı pul ilə tikir? Bəli, bu dəbdəbəli saraylar Azərbaycan xalqın pulları ilə tikilir. Bizə isə sadəcə seyr etmək düşür
Azərbaycan büdcəsi belə talanır….Baxın görün büdcədən oğurlanmış xalqın pulları hara xərcələnir, kimlərin cibinə gedir.
Bizim milyonlarımızı oğurlayıb sonrada bizim pulumuzdan özümüzə sədəqə verib hörmət qazanan nazirimiz…
Xalqa “xidmət” edən nazirimiz ölkənin bir hissəsini rəsmən zəbt edib. Bütün sahələri əlina alıb, monopoliya yaradıb. Bəlkədə nazirin illik gəliri Azərbaycan dövlət büdcəsinə bərabərdir. Hələ yüzlərlə bilmədiyimiz şirkətlər, restoranlar, maşın salonları, villaları var…”
Basta