Daha səkkiz kənd işğaldan azad edildi

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Bu barədə ölkə prezidenti İlham Əliyev oktyabrın 14-də günün ikinci yarısında öz Tvitter hesabında yazıb.

Qeyd edək ki, adı çəkilən kəndlərin bəziləri Hadrut şəhəri ətrafında, digərləri Füzuli rayonunun mərkəzi yaxınlığındadır. Beləliklə, ən ağır döyüşlərin getdiyi Cənub cəbhəsində ermənilər öz mövqelərini tərk edərək geri çəkilirlər.

Bu bölgədə Azərbaycan SQ-nin son uğurları ermənilərin Hadrutu qaytarmaq cəhdlərini heçə endirir, həmçinin bu istiqamətdə digər mühüm vəzifənin həllini – Füzuli şəhərinin tamamilə azad edilməsini yaxınlaşdırır.