Azərbaycan və RF XİN başçıları arasında telefon danışığı
Oktyabrın 14-də Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı baş tutub.
Ceyhun Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginlikilə bağlı məlumat verib və qarşı tərəfin diqqətinə çatdırıb ki, 14 oktyabr tarixində gecə saat 1-də Ermənistanın silahlı qüvvələri azərbaycanlı mülki əhaliyə və mühüm əhəmiyyət kəsb edən infrastruktura hücum etmək məqsədilə Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmaq üçün hazırlı qvəziyyətinə gətirilib.
Azərbaycanın Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və öz mülki əhalisini qorumaq məqsədilə işğal altında olan Kəlbəcər rayonunun Azərbaycan-Ermənistan sərhəd ərazisində hərbi legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv edib.
Bayramov vəziyyətin gərginləşməsinə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə qoyub.
Öz növbəsində, Lavrov mülki əhali arasında qurbanlarla bağlı ciddi narahatlığını bildirib, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.