Ermənistanda bir gündə 1465 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

Ermənistanda son 14 gündə təsdiqlənmiş COVID-19 infeksiyası hallarının sayı 113% artıb. Ölkənin Səhiyyə Nazirliyi vətəndaşları epidemiyaya qarşı standartlara ciddi əməl etməyə çağırıb.

.

Son bir sutka ərzində 1465 yeni infeksiya hadisəsi aşkar edilib, 13 nəfər ölüb. Ümumilikdə Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 61.460-a yüksəlib. Bu barədə Cümə günü Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

.

Ermənistanda indiyədək 1056 nəfər koronavirusdan ölüb. Bu virusa yoluxduqdan sonra xəstəliklərin ağırlaşması səbəblərdən ölənlərin sayı 314-dür.

.

Hazırda 13919 nəfər covid-19-dan müalicə olunur. Ümumi testlərin sayı 340,116-dır.

.

Xatırladaq ki, Ermənistanda 16 mart – 11 sentyabr tarixlərində fövqəladə vəziyyət qüvvədə idi. İndi, ölkədə 11 yanvar 2021-ci ilə qədər davam edəcək karantin rejimi tətbiq edilib.

.