Tərtər sakini yaralanıb

Ermənistan SQ elan olunmuş atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 19-da Azərbaycanın yaşayış məntəqələrini intensiv raket və artilleriya atəşinə tutmaqda davam edib. Bu barədə bu gün Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Turan yazır ki, atəş nəticəsində Tərtər rayonu ələsgərli kənd sakini, Niyaz Niyaz Hüseynalı oğlu Səlimov (1962-ci ildə anadan olub) yaralanıb, onun evinə ciddi ziyan dəyib. Bundan əlavə, atəş nəticəsində Ağcabədi rayonu Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində 25 evə ciddi ziyan dəyib.

 

Bastainfo

 

 

Sentyabrın 27-də hərbi əməliyyatlar başlanandan Azərbaycanın 60 nəfər dinc sakini həlak olub, 270-dən çox adam xəsarət alıb, məlumatda qeyd olunur.