Ermənilər pambıq zavodunu atəşə tutublar, zavod yanır – Video

Oktyabrın 19-da səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub. Bu gün saat 16:00 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisinin düşməsi nəticəsində “Pambıq emalı zavodu” MMC-nin Tərtər filialında yanğın baş verib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Hazırda prokurorluq əməkdaşları yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirirlər.