Azərbaycan və Ermənistanın XİN rəhbərləri Moskvadadırlar
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Rusiya tərəfilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskvada işgüzar səfərdədir. Bu barədə Azərbaycan XİN mətbuat xidməti məlumat yayıb.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da Moskvadadır. Ermənistan KİV-in məlumatına görə, o, RF XİN rəhbəri S.Lavrovla görüşəcək. Görüşün mövzusu açıqlanmır, lakin bunun Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olacağını təxmin etmək çətin deyil.
Onu da deyək ki, cümə günü Bayramov və Mnatsakanyan Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə ayrı-ayrılıqda görüşəcəklər. Güman ki, Moskva görüşü Vaşinqton görüşündən öncə Bakı və Yerevanın mövqelərinin Moskva ilə razılaşdırılması xarakteri daşıyacaq.
Basta