Koronavirusa yoluxanların sayında rekord artış – 825

Ötən gün koronavirusa 825 yeni yoluxma faktı qeydə alınıb, bu barədə oktyabrın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Bu zaman 171 nəfər sağalıb, altı nəfər vəfat edib.

Xəstəliyə yoluxanların ümumi sayı 47418 nəfər təşkil edib, 40619 nəfər sağalıb, 648 nəfər vəfat edib.

Aktiv xəstə sayı 6151 nəfər təşkil edir.