İki əskərimizin “ovu”

Sosial şəbəkələrdə cəbhə bölgəsində çəkilən yüzlərlə foto və video yayılmaqdadır. Düşmən üçün faydalı ola biləcək hansısa məlumatı yaymamaq üçün bu foto və videoları hələlik paylaşmırıq. Lakin aşağıda təqdim etdiyimiz yazıda nə ərazinin, nə hərbi hissənin adı, nə də baş verən hadisənin tarixi göstərilib.

 

Könüllü olaraq cəbhə bölgəsinə gedən müsavatçı dostum İlqar Mahmud özünün feysbuk hesabında döyüş yoldaşı Peymanın şəklini paylaşıb və bir döyüş haqda qeydlərini yazıb.

 

Həmin yazını təqdim edirik:

 

“Kəlbəcərli Peyman. Dagların canavarı. Peyman gördüyünüz kimi Remboya filana oxşamır. Ancaq həqiqətən canavardır. 

 

Qəhrəmanın son igitliklərindən birini xilas etdiyi adının çəkilməsini istəməyən döyüşçü dostu danışır:

 

Peymanla ikimiz fotoda görsənən arxadakı dağda düşmən postunu məhv etmək üçün ova getdik.

 

Atışma düşdü, düşmən 12 nəfər (ölü sayını sayandan sonra bilinib), biz isə iki nəfər.

 

5-6erməni vurmuşduq ki, mən ayagımdan iki güüllə yedim.

 

Peyman tək qaldı, hardasa 3-nü də vurmuşdu, ancaq 3-ü hələ bizimlə gizlənib vuruşurdu.

 

Yanımızda ağrıkəsici olmadığından, mən yaranın agrıslndan iniltimi kəsə bilmirdim. Peyman mənə iki dəfə yavaşca səsini çıxarma dedi, (düşmən yerimi bilməsin deyə)mən özümlə bacarmadım, iniltimi kəsə bilmədim.

 

Peyman qəfil tutdugu pozisyadan üstümə atılıb sinəmə qondu. – Ya sus, ya səni atacam, səni atsam kim biləcək səni mən atdığımı, – dedi.

 

Mən onun gözlərində ölümü gördüm, qeyri adi olaraq susdum, sanki ağrım kəsdi. Peyman qalan 3 erməninin ikisini də vurdu, qalan biri ya qaçdı, ya gizləndi. Peyman məni belinə alıb 1,5 km enişi enəndən sonra, 1 kilometr diki də qalxıb məni öz postumuza çatdırdı.

 

Deyim ki, güllələrin ikisi də yaralı qardaşımızın sol ayaq baldırının ət hissəsindən girib-çıxıb, həyatı heç bir təhlükəsi yoxdur”.

 

Qəhrəman əskər və zabitlərimizə eşq olsun! Bütün vətən oğullarının qələbə ilə və sağ-salamat qayıtmalarını arzulayırıq.

 

Basta