Əsir alınan erməni əskər etiraf etdi: “Qarabağda 1500 PKK-çı döyüşür” – Video

Azərbaycan ordusunun torpağını azad etmək üçün başlatdığı əməliyyatda əsir düşən erməni əskəri Albert Mikaelyan, PKK terrorçularının Dağlıq Qarabağda erməni sıralarında döyüşdüyünü etiraf edib.

 

Türkiyə mətbuatının məlumatına görə, Ermənistan tərəfindən Dağlıq Qarabağ bölgəsinə gətirilən terror təşkilatı PKK / YPG dəstələrindən Azərbaycana qarşı hücumlarda istifadə edilir.

 

Təhlükəsizlik mənbələrinə istinadən verilən məlumatlarda bildirilir ki, Ermənistanla PKK arasında hələ iyul ayında əldə edilən  razılaşmaya əsasən, təxminən 300 PKK / YPG üzvü avtobuslarla Ermənistan və Qarabağa aparılıb. Terror təşkilatının üzvləri  Dağlıq Qarabağdakı erməni dəstələrinə hərbi təlim keçiblər.

 

Əsir alınan əskərlərdən biri olan Albert Mikaelyan, Ermənistanın terror təşkilatı ilə çirkli əməkdaşlığını etiraf edib. Mikaelyan dindirmə zamanı Ermənistanın Şirak vilayətində anadan olduğunu, lakin hərbi xidmət üçün Dağlıq Qarabağa göndərildiyini bildirib.

 

Mankelyan qulluq etdiyi hərbi hissədə 1500 nəfər PKK terrorçusunun olduğunu bildirib. O qeyd edib ki, muzdlular aylıq 600 dollar maaş alır və yalnız öz dillərində danışırlar.

 

“10-15 nəfərlik qruplara bölünmüş muzdlular yerli şəraiti öyrənir və müharibəyə hazırlaşırlar”, – deyə Mikaelyan bildirib.

 

 

Haber Global