“Sepah” Azərbaycan ilə sərhədə onlarla tank gətirib- VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusu” (“Sepah”) Güney Azərbaycanın Quzey Azərbaycanla həmsərhəd olan bölgələrinə onlarla tank gətirib.
Dünən axşam “Bulleten.news” xəbər saytı isə “Sepah”ın Mazandaran şöbəsinin “25 saylı Kərbala qoşunu”nun çoxlu sayda hərbi qüvvə və texnikasını Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrə dislokasiya (göndərmək) etdiyi barədə məlumat yayıb.
Bu təhrikedici və şübhəli addımın Quzey Azərbaycanın bir neçə gün öncə İranla mövcud olan bütün sərhəd zolağını işğalçı Ermənistan ordusundan təmizləməsindən qısa müddət sonra atılması diqqət çəkir.
Qeyd etmək lazımdır ki, İran işğalçı Ermənistanı dəstəkləyən başlıca ölkələrdəndir. Son həftələr ərzində dəfələrlə Rusiyadan göndərilmiş silah- sursat və hərbi texnikaların İran ərazisindən Ermənistana daşınması Güney Azərbaycanda böyük etirazlarla qarşılanıb.
Günaz.TV