Şuşa-Laçın yolu ordumuzun nəzarətində

Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlar nəticəsində Şuşa-Laçın yolu nəzarətə götürülüb. Bu gün Ermənistanın rəsmi mənbələri Şuşa-Laçın yolunun mülki nəqliyyat üçün bağlandığını etiraf ediblər.

 

Qeyd edək ki, bundan əvvəl Zod-Kəlbəcər yolu Azərbaycan ordusunun nəzarətinə keçib. Müsavat başqanı Arif Hacılı Şuşa-Laçın yolunun nəzarətə keçməsini “hər hansı bir rayonunun azad edilməsi qədər möhtəşəm” xəbər adlandırıb.

 

“Ermənistan tərəfi Xankəndi-Şuşa-Laçın yolunun bağlandığını bəyan etdi… Bunlar əslində hərbi baxımdan hər hansı rayonumuzun işğaldan azad edilməsi xəbərləri qədər möhtəşəm xəbərlərdir… Və rəsmi məlumata görə Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Proseslər yekuna doğru gedir. Eşq olsun Azərbaycan Ordusuna. Gözün aydın, Azərbaycan!” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Basta