Arif Hacılı: “Co Baydenin seçilməsi praqmatizmin populizm üzərində qələbəsidir”
Müsavat başqanı Arif Hacılı Demokrat partiyasının namizədi Co Baydenin ABŞ prezidenti seçilməsinə münasibət bildirib.
O, hesab edir ki, Demokratların qələbəsi ABŞ-ın xarici siyasətinə müsbət təsir göstərə bilər: “Bizə dəxli yoxdur, deyilməsi düzgün deyil. Bütün dünyaya dəxli var. Deyirlər ki, Amerika asqıranda dünya soyuqlayır. Demokratların hakimiyyətə gəlməsi ABŞ xarici siyasətində demokratik dəyərlərə daha çox üstünlük verilməsinə səbəb ola bilər. Bu, həm də praqmatik siyasətin populizm üzərində qələbəsidir”.
“Bayden haqqında xoş təəssüratım var. Bu təəssürat o vitse-prezident olduğu dövrdə Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edərkən Xalq Cümhuriyyətimiz haqqında dediyi xoş sözlərlə, Türkiyəyə səfəri zamanı bu qardaş ölkəyə verdiyi xüsusi önəmlə bağlıdır. Seçki kampaniyası dövründəki ləyaqətli davranışı da rəğbətə layiq idi. ABŞ və dünya üçün xeyirli-uğurlu olsun”- deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Basta