Ərdoğan və Putin telefonda Qarabağ məsələsini müzakirə etdi

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Dağlıq Qarabağ başda olmaqla iki ölkə arasında əlaqələri müzakirə edib.

 

Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatına görə, Ərdoğan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması lazım olduğunu, Azərbaycanın əks-hücum əməliyyatının yalnız öz əraziləri ilə məhdudlaşdığını bildirib.

 

Ermənistan rəhbərliyinin danışıqlar masasına gətirilməsinin vacibliyini inandığını ifadə edən Prezident Ərdoğan bu münaqişənin birdəfəlik həll edilməsi və bölgəni sabitləşməsinin vacibliyini vurğulayıb.

 

Oxu.az