Hərbçilərimiz Kəlbəcərin Zod qızıl yatağında – VİDEO

Ermənistan Kəlbəcərin Söyüdlü kəndi ərazisində darvaza çəkib, tarixi sərhədləri təhrif edərək yeni sərhəd yaratmışdır. Bu gün Azərbaycan əsgərləri həmin sərhəddi dağıdıb, erməni hərbçilərinin o ərazidən çıxmağa məcbur ediblər. O kənddə Zod adlnan qızıl yatağı mövcuddur və beynəlxalq hüquqa görə Azərbaycanın ərazi bütovlüyünə daxildir. 
Qaynarinfo xəbər verir ki, sosial şəbəkənin Ermənistan seqmentində hazırda ən çox müzakirə olunan mövzu məhz budur. Ermənilər bu ərazinin Vardanes rayonuna aid olduğunu və Sotk qızıl yatağı adlandığını iddia edirlər.
Sosial şəbəkələrdə erməni tərəfi video yayıb. Videoda Azərbaycan əsgərlərinin qızıl yatağı olan ərazidə olduğu görünür.

Azərbaycan tərəfi Zod qızıl yatağının mülkiyyəti və oradakı insanların təxliyyəsi barədə məsələ qaldırıb.

 

“RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan deyib.

 

O bildirib ki, Kəlbəcər rayonu Bakının nəzarətinə keçəndən sonra iki ölkə arasındakı sərhəd sahənin ortasından keçir.

 

Xaçatryan əlavə edib ki, Azərbaycan hərbçiləri mədəndə işləyən Rusiya şirkətinin nümayəndələri ilə danışıqlar aparıb və bundan sonra şirkət əməkdaşları ərazini tərk edib.

 

O, Ermənistan tərəfinin müzakirələrdə iştirak etmədiyini vurğulayıb.