Hulusi Akar: “Azərbaycan Qarabağı yerli və milli silah sistemlərimizin töhfəsi ilə işğaldan azad edib”
Türkiyənin ilk milli helikopter mühərrikinin təqdim olunması mərasimində iştirak edən Milli Müdafiə naziri Hulusi Akar “Azərbaycan ordusu Qarabağı 30 ildir davam edən Ermənistan işğalından yerli və milli silah sistemlərimizin də töhfəsi ilə 44 gündə azad edib” ifadəsini istifadə edib.
Türkiyəli nazir Türkiyənin Eskişehir şəhərində ilk milli helikopter mühərrikinin təqdimatında deyib ki, “Türk istehsalı silah sistemlərinin təsirli olması yaxın vaxtda azərbaycanlı qardaşlarımızın öz torpaqlarını işğaldan azad etmək mübarizəsində ən açıq şəkildə özünü göstərib. Qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsi həmləsini böyük bir uğurla icra edərək Qarabağı 30 ildir davam edən Ermənistanın işğalından yerli və milli silah sistemlərimizin də töhfəsi ilə 44 gündə azad edib”.
“Bu gün bütün dünyada yerli və milli silah sistemlərimizin əməliyyatın gedişatında həlledici təsirləri müzakirə olunur və diqqətlə izlənilməkdədir. Baş verən hadisələr və coğrafi şərait yerli və milli müdafiə sənayesinin bir seçim yox, məcburiyyət olduğunu göstərdi”,- Hulusi Akar deyib.
Beynəlxalq bazarda rəqabətə davamlı məhsulları istehsal etmək üçün lazim olan texnologiya və innovasiya fəaliyyətlərinin, ancaq əməkdaşlıqla inkişaf etdirmək imkanının olduğunu ifadə edən Hulusi Akar buna görə özəl sektorla birgə bir neçə müxtəlif modellərin işləndiyini bildirib.
Hulusi Akar bildirib ki, “Bu şəkildə Türkiyə Sialhlı Qüvvələrinin ehtiyaclarını mümkün qədər sürətlə ödəməyə çalışırıq”.
BBC