Cəlilabadın icra başçısı rüşvət alarkən saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir.

 

“Report” xəbər verir ki, saxlanılanlar var.

 

Unikal.org-un məlumata görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.

 

Qeyd edək ki, Cəlilabad Rayonunun İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır.

Azərbaycanda 2020-ci ilin ilk beş ayı ərzində 6 icra başçısı həbs edilib və ya işdən çıxarılıb.

Həmin şəxlərin çoxu “səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında” ittiham olunublar.

Azərbaycan hökuməti həbslərin “islahatların bir parçası” olduğunu bildirib və İlham Əliyevin “yeni hökumət qurması” kimi izah edib.