Zəngilanın kəndləri Azərbaycanın nəzarətinə qaytarıldı

Erməni əhalinin Zəngilan rayonunun bir hissəsinin Azərbaycana qaytarılması prosesini sabotaj etmək və pozmaq cəhdləri baş tutmayıb. Dekabrın 18-də axşam ərazilər, Qafan şəhəri üzərində yüksəkliklər və yerli aeroport Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Yerindəcə ərazinin bölünməsi üzrə işlərə başlanılıb.

Azərbaycan ordusunun bölmələri Ermənistanın cənub-şərqindəki Syunik bölgəsinin Şurnux kəndindən 1-1,5 kilometr məsafəyə yaxınlaşıb. Sputnik Ermənistana bu barədə indi yoldaşları ilə birlikdə kəndin yaxınlığında olan könüllülərdən biri məlumat verib.

 

“Azərbaycan Silahlı Qüvvələri meşə yolu ilə Şurnuxa 1-1,5 kilometrə məsafəyə qədər yaxınlaşıb. Təqribən saat 18: 15-də onları gözlə gördük. Kəndə hava yolu ilə ən yaxın Azərbaycan mövqeyinə qədər məsafə bir kilometrə yaxındır.

 

Kəndin başçısı Arşakyan bildirib ki, Ermənistan Silahlı Qüvvələri şəxsi heyətini və topçularını əvvəlki mövqelərindən çıxardıqdan sonra yerli milislər geri çəkilmək məcburiyyətində qalıb.

 

“İndi kənddə yalnız könüllülər qalır – təhlükəsizlik səbəbi ilə qadınlar və uşaqlar çıxarıldı” deyə,  Arşakyan deyib.

 

Qeyd edək ki, erməni qoşunlarının və könüllülərin Sünikdəki mövqelərindən geri çəkilməsi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində baş verir.

 

Bu torpaqlar ermənilər tərəfindən 90-cı illərin əvvəllərində işğal edilmişdi.