Azərbaycanda  koronavirusa gündəlik yoluxma sayı azalır

Azərbaycanda koronavirusa (COVID-19) 2961 yeni yoluxma faktı qeydə alınıb, 4317 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 35 nəfər COVID-19-dan vəfat edib.Aktiv xəstə sayı 60 099 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 14 515, hazırkı dövrədək isə 2063754 test aparılıb.

 

Ümumi ölənlərin sayı 2 210 nəfərdir. Ümumi yoluxanların sayı 202 088 nəfər, ümumi sağalanların sayı 139 779 nəfərdir.

 

Açıklama yok.